Bank Of Baku

Türkiyə Azərbaycana sərbəst ticarət müqaviləsi imzalamağı təklif edir

Türkiyə Azərbaycana sərbəst ticarət müqaviləsi imzalamağı təklif edir
# 29 iyul 2010 15:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə hökuməti Azərbaycana iki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalamağı təklif edib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan məlumat verib.

Z.Çağlayan bununla bağlı Bakıda keçirdiyi ikigünlük görüşlərdə Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə müzakirələr apardığını da qeyd edib. Azərbaycan dövlət başçısının bununla bağlı öz razılığını ifadə etdiyini deyən türkiyəli nazirin sözlərinə görə, müqavilə imzalanandan sonra Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 dəfə artacaq.

Nazir artıq belə bir müqavilənin region dövlətlərindən Gürcüstanla imzalandığını və müsbət nəticələrin əldə olunduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyə arasında illik ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR