Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı CASCO sığortası xidmətləri üzrə tender keçirir

Azərbaycan Mərkəzi Bankı CASCO sığortası xidmətləri üzrə tender keçirir
# 30 iyul 2010 07:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün tender keçirir. Bu barədə «APA-Economics»ə AMB-nin Tender Komissiyasından məlumat verilib.

Tender proseduru sentyabrın 7-də AMB-nin mərkəzi binasında (Bakı şəhəri, R.Behbudov küçəsi,32) keçiriləcək.

İddiaçılar tender təklifi və bank təminatını sentyabrın 6-dək, tələb olunan digər sənədləri isə avqustun 27-dək Tender Komissiyasına (tel: (994 12) 493 11 22) təqdim etməlidir. Tenderdə iştirak haqqı 200 manatdır.

Xidmətin göstərilməsinə sentyabrın 25-dən başlanılacaq və xidmətin müddəti 12 aydır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR