Bank Of Baku

Azərbaycan xarici ticarətin müsbət saldosunu son bir ildə 2,4 dəfə artırıb

Azərbaycan xarici ticarətin müsbət saldosunu son bir ildə 2,4 dəfə artırıb
# 30 iyul 2010 09:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev. APA-Economics. Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 2010-cu ilin yanvar-iyun ayları ərzində dünyanın 130 ölkəsindəki tərəfdaşları ilə 13,1 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 10,2 mlrd. dolları ixrac, 2,9 mlrd. dolları isə idxalın payına düşüb. Beləliklə, cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsində 7,3 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 53,4%, o cümlədən ixrac 1,8 dəfə, idxal 5,2% artıb. Müsbət saldonun illik artımı isə 2,4 dəfə olub.

İdxal-ixrac əməliyyatlarının 56,4%-i Avropa, 34,7%-i Asiya, 7,4%-i Amerika, 1,4%-i Afrika ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 26,5%-i İtaliya, 7,8%-i İsrail, 7,3%-i Fransa, 6,5%-i Rusiya, 6%-i ABŞ, 4,9%-i Ukrayna, 4,8%-i İndoneziya, 3,1%-i Çin, 3,1%-i Malayziya, 2,9%-i Türkiyə, 2,8%-i Xorvatiya, 2,4%-i Hindistan, 1,7%-i Almaniya, 1,6%-i Gürcüstan, qalan 18,6%-i digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR