Bank Of Baku

Azərbaycanın Maliyyə Monitorinqi Xidməti tenderə yekun vurub

Azərbaycanın Maliyyə Monitorinqi Xidməti tenderə yekun vurub
# 30 iyul 2010 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev. APA-Economics. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində monitorinq subyektləri tərəfindən təqdim olunan məlumatların qəbulu və emalı, məlumat bazasının yaradılması və məlumatların analitik təhlili üçün proqram təminatına olan tələblərin müəyyən olunması məqsədilə 2010-cu ilin iyulun 16-da elan olunmuş kotirovka sorğusu baş tutub.

Maliyyə Monitorinqi Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Xidmətlərin Satınalmalar Komissiyasının yekun iclası iyulun 26-da keçirilib.

İddiaçılar tərəfindən daxil olmuş təkliflərin qiymətləndirilməsindən sonra «GT Solutions» şirkəti Komissiya tərəfindən qalib şirkət elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR