Bank Of Baku

«Bank of Baku» ipoteka kreditləşməsinə başlayır

«Bank of Baku» ipoteka kreditləşməsinə başlayır
# 30 iyul 2010 10:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev. APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 2010-cu ilin avqust ayından etibarən əhaliyə ipoteka kreditlərinin ayrılmasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bank of Baku» tərəfindən əhaliyə ayrılacaq ipoteka kreditləri bankın öz vəsaiti hesabına maliyyələşdiriləcək.

«Bank of Baku»nun ayıracağı kreditin maksimal məbləği 50 min manat (ipoteka predmetinin dəyərinin maksimum 80%-i) təşkil edir, müddəti – 3-84 ay, ilkin ödəniş ipoteka predmetinin dəyərinin ən azı 20%-i həcmində olmalıdır. İlkin ödəniş 30% və daha artıq olduqda - illik faiz dərəcəsi 19% (istisna hal - alınan mənzil yeni tikilidə olduqda, illik faiz dərəcəsi 20%), ilkin ödəniş 30%-dən az olduqda isə, illik 20% təşkil edir.

Bundan başqa, kreditləşmənin digər şərtlərinə uyğun olaraq, kredit Azərbaycan vətəndaşına verilir, ərizəçinin minimum 20 yaşı, kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maksimum 65 yaşı olmalı, kredit yalnız Bakı və Xırdalan şəhərlərində ilkin və təkrar mənzilin alınması üçün ayrılır, alınan mənzil yeni tikilidə olduqda, binanın tikintisi başa çatmalıdır.

İlkin mərhələdə ipoteka krediti «Bank of Baku»nun Atatürk prospekti,42 ünvanında yerləşən xidməti bölməsində verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR