Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib
# 30 iyul 2010 13:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2010-cu ilin iyul ayının 27-də həcmi 100 mln. ABŞ dolları, müddəti üç il olan yeni sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair saziş bağlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, əqdin təşkilatçısı «Credit Suisse» bankı, əqdin iştirakçıları isə «Halyk Bank», «JP Morgan» və «MDM Bank»dır.

Kredit ticarət əməliyyatları və bankın digər layihələrinin maliyyələşdirməsi məqsədi ilə ayrılır. Kredit üzrə illik faiz dərəcəsi LIBOR+4,75% təşkil edir.

Bu, cari ildə vəsaitlərin cəlb edilməsi üzrə ABB-nin bağladığı artıq 4 əqddir. Belə ki, fevralda «Credit Suisse» bankla 111 mln. dollar, iyunda isə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiya ilə ticarət əməliyyatları üçün 30 mln. dollar və kiçik və orta sahibkarlığın maliyyələşdirməsi üçün isə 15 mln. dollarlıq sazişlər bağlanıb.

Beləliklə, ilin əvvəlindən ABB tərəfindən xaricdən cəlb olunmuş vəsaitlərin ümumi həcmi 250 mln. dolları ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR