Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı dünyanın 1000 ən sabit bankı siyahısına daxil edilib

Azərbaycan Beynəlxalq Bankı dünyanın 1000 ən sabit bankı siyahısına daxil edilib
# 30 iyul 2010 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı «The Banker» jurnalı tərəfindən dünyanın 1000 ən iri və sabit bankların siyahısına daxil edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, iyul ayında açıqlanan siyahıda kapitalın həcminə görə ABB bu siyahıda 958-ci yeri tutub.

Qeyd edək ki, bundan bir müddət əvvəl, yəni cari ilin mayında «Fİtch» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli reytinqini «BBB-» səviyyəsinədək yüksəldib ki, bu da bankın sabitliyi və etibarlığının yüksək səviyyədə olmasının təsdiqi kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR