Bank Of Baku

«Parabank»ın müştərilərinə xaricdə hava limanlarının «VIP» zallarına giriş hüququ veriləcək

«Parabank»ın müştərilərinə xaricdə hava limanlarının «VIP» zallarına giriş hüququ veriləcək
# 30 iyul 2010 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Parabank» ASC «Priority Pass» şırkəti ilə müqavilə imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 1992-ci ildən dunyanın ən iri hava limanlarının «VIP» zallarına buraxılış hüququ verən «Priority Pass» proqramı «Parabank»ın müştərilərinin də istifadəsinə veriləcək.

«Priority Pass» dünyada 100 ölkənin 300-dən çox şəhərində yerləşən 600 hava limanının «VIP» zallarında qəbul olunur və uçuş növündən asılı olmayaraq sahibinə bu zallara daxil olmaq imkanı yaradır. «Priority Pass»ın üstünlükləri VIP qonaq və konfrans zalları, duş kabinaları, namaz otaqları, pulsuz yeməklər və içkilərlə təmin edilməsindən ibarətdir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın 2010-cu ilin iyun ayının 1-nə aktivləri 100,572 mln. manat, kredit portfeli 68,457 mln. manat, depozit portfeli 59,795 mln. manat, məcmu kapitalı 13,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR