Bank Of Baku

Azərbaycan daha bir beynəlxalq pulköçürmə sistemi ilə əlaqələrini kəsib

Azərbaycan daha bir beynəlxalq pulköçürmə sistemi ilə əlaqələrini kəsib
# 02 avqust 2010 10:20 (UTC +04:00)
AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

«Contact» pulköçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, AMB avqustun 2-dən etibarən Azərbaycandakı bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

Qeyd edək ki, Azərbaycan bankları iyunun 8-də və 11-də müvafiq olaraq «Migom» və «Leader» pulköçürmə sistemləri ilə eyni səbəblərə görə əməkdaşlığı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR