Bank Of Baku

«Birlik Bank»ın aktivləri son bir ildə 7% artıb

«Birlik Bank»ın aktivləri son bir ildə 7% artıb
# 02 avqust 2010 11:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Birlik Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 53,803 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan analoji göstəricidən 6,8% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 6,9% artaraq 1,069 mln. manat, əhalinin əmanətləri isə 2,9 dəfə artaraq 117,51 40,47 min manat olub.

Birinci yarımillikdə bankın kredit portfeli 7,8% artaraq 35,750 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 7,7 dəfə azalaraq 530,3 min manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 1,1% azalaraq 18,951 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən son bir il ərzində bankın gəlirləri 2,1 dəfə azalaraq 1,577 mln. manat, xərcləri isə 43,7% azalaraq 1,321 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 3,8 dəfə azalaraq 0,256 mln. manat olub.

Bu müddət ərzində bankda çalışan işçilərin sayı 7,9% artaraq cari ilin iyul ayının 1-nə 41 nəfər, orta aylıq əmək haqqı 66,7% artaraq 200 manat təşkil edib. Həmçinin, cəmi müştərilərin sayı 12,1% azalaraq 1 214, o cümlədən fiziki şəxslərin sayı 33,4% azalaraq 477, hüquqi şəxslərin sayı isə 9,2% artaraq 737 olub.

Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR