Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-iyul aylarında 3 dəfə azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-iyul aylarında 3 dəfə azalıb
# 02 avqust 2010 12:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 971,953 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə 2,7 dəfə azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar üzrə birjada keçirilmiş hərraclarda bağlanan əməliyyatların həcmi 230,187 mln. manata bərabər olub ki, bu da ötən ilin 7 aylıq göstəricisinə nisbətən 5,5% çoxdur. Bu seqmentdə ən yüksək illik artım tempi (2,75 dəfə) korporativ kağızların təkrar bazarında, ən yüksək azalma isə (-88%) səhmlərin təkrar bazarında müşahidə olunub.

Bazarın seqmentləri

(yanvar-iyul, 2010)

(yanvar-iyul, 2009)

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

58 473 937,10

73

26 704 313,03

31

218,97%

Korporativ istiqrazlar
(təkrar bazar)

91 327 407,34

62

33 207 686,60

19

275,02%

Kİ bazarı cəmi

149 801 344,44

135

59 911 999,63

50

250,04%

Səhmlər (yerləşdirmə)

76 833 210,96

907

128 620 247,40

1 264

59,74%

Səhmlər
(təkrar bazar)

3 551 931,56

1 190

29 607 155,74

1 824

12,00%

Səhm bazarı cəmi

80 385 142,52

2 097

158 227 403,14

3 088

50,80%

KQK bazarı cəmi

230 186 486,96

2 232

218 139 402,77

3 138

105,52%



Dövlət qiymətli kağızları üzrə BFB-da keçirilmiş hərraclarda ümumilikdə 741,767 mln. manatlıq və ya 2009-cu ilin yanvar-iyul aylarına nisbətən 69,7% az əməliyyat aparılıb. Ötən il ilə müqayisədə dövlət qiymətli kağızları bazarının heç bir seqmenti üzrə bu il artım müşahidə olunmayıb. Ən yüksək azalma isə (-91,7%) Mərkəzi Bankın notlarının təkrar bazarında qeydə alınıb.

Bazarın seqmentləri

(yanvar-iyul, 2010)

(yanvar-iyul, 2009)

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AR MN)
(yerləşdirmə)

121 305 236,85

50

286 379 871,06

164

42,36%

Dİ (AR MN)
(təkrar bazar)

82 132 035,24

42

139 423 136,70

74

58,91%

Dİ bazarı cəmi

203 437 272,09

92

425 803 007,76

238

47,78%

Notlar (AR MB)
(yerləşdirmə)

120 479 633,79

105

233 763 464,02

144

51,54%

Notlar (AR MB)
(təkrar bazar)

5 564 936,87

2

66 880 124,52

38

8,32%

Not bazarı cəmi

126 044 570,66

107

300 643 588,54

182

41,92%

Repo əməliyyatları

412 284 720,64

421

1 718 793 035,03

484

23,99%

DQK bazarı
cəmi

741 766 563,39

620

2 445 239 631,33

904

30,34%


İxtisarlar:
Dİ – dövlət istiqrazları;
AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR