Bank Of Baku

«Bank Standard» «WebMoney Transfer» sisteminin rəsmi tərəfdaşı seçilib

«Bank Standard» «WebMoney Transfer» sisteminin rəsmi tərəfdaşı seçilib
# 02 avqust 2010 13:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC «WebMoney Transfer» elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı seçilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, beləliklə, bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə «Bank Standard»ın filiallarında köçürə bilərlər.

Hazırda «WebMoney Transfer» sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Müştəri www.megastock.ru elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilər. Eyni zamanda, sistem şəxsi biznes qurmağı və İnternet vasitəsilə ödənişləri qəbul etmək imkanı verir.
«WebMoney Transfer» sistemi vasitəsilə İnternetdə aparılan ödəniş prosesi plastik kartlarla müqayisədə daha rahat və əlverişlidir. Sistemin mühüm üstünlüklərindən kartı sifariş etməyə, bank hesabını açmağa və ya ödəniş apararkən öz şəxsi məlumatlarını açıqlamağa ehtiyacın olmamasıdır. «WebMoney» sistemində qeydiyyat www.webmoney.ru saytında həyata keçirilir.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və 1995-ci ildən fəaliyyət göstərən «Bank Standard»ın aktivləri 2010-cu ilin iyul ayının 1-nə 571,948 mln. manat, kredit portfeli 374,121 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 44,044 mln. manat, depozit portfeli 234,182 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 73,569 mln. manat, o cümlədən nizamnamə kapitalı 75 mln. manata bərabərdir. Bankın ölkə üzrə 17 filialı, 67 bankomatı və 428 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR