Bank Of Baku

«Parabank» işçi qəbulu elan edib

«Parabank» işçi qəbulu elan edib
# 02 avqust 2010 13:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC Ağcabədi rayonunda yerləşən «Ağcabədi» filialına kredit mütəxəssisləri vəzifəsinə işçi qəbulu elan edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, vakansiyaya aid olan əsas tələblərə ali təhsilin olması (bank işi, maliyyə kredit, iqtisadiyyat), Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti, psixoloji təsir etmə qabiliyyəti, kredit vermə və inandırma bacarığı aiddir.

«Ağcabədi» filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri: hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, «Western Union», «Privat Money», «Bıstraya poçta», «Caspian Money Transfer», «Asiya Ekspress», «Zolotaya Korona» kimi beynəlxalq sistemlər vasitəsi ilə sürətli pulköçürmə və s. xidmətlər təqdim edir.

Müraciət etmək istəyənlər [email protected] e-mail ünvanına CV-lərini göndərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR