Bank Of Baku

«Royal Bank» nizamnamə kapitalını artırır

«Royal Bank» nizamnamə kapitalını artırır
# 03 avqust 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Royal Bank» ASC-nin adi adlı sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,2 manat, sayı 7,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 7,3% artaraq 22,139 mln. manata çatacaq.

Qeyd edək ki, «Royal Bank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 156,814 mln. manat, depozit portfeli 69,705 mln. manat, o cümlədən əhalinin əmanətləri 66,261 mln. manat, kredit portfeli 117,397 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 101,496 mln. manat təşkil edib. İyulun 1-nə bankın nizamnamə kapitalı 20,639 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR