Bank Of Baku

Azərbaycan hökuməti dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin borclanma qaydalarını təsdiq edib

Azərbaycan hökuməti dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin borclanma qaydalarını təsdiq edib
# 03 avqust 2010 13:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar»ı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Sənəd dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin daxili və ya xarici borclanmasını tənzimləmə (Azərbaycanın adından borc alması və borca dövlət zəmanətinin verilməsi halları istisna olmaqla) qaydalarını müəyyən edir. Qaydalar dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat almayan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olmayan hüquqi şəxslərin xarici və ya daxili borclanmasına şamil olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR