Bank Of Baku

«AzSığorta» şirkətinin daha bir regional filialı açılıb

«AzSığorta» şirkətinin daha bir regional filialı açılıb
# 04 avqust 2010 12:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti Qəbələ rayonunda filialını açıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Qax, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı və Ağsu rayonlarını əhatə edir və burada mühtərilərə bütün növ sığorta xidmətləri təklif olunur.

Qeyd edək ki, filial Qəbələ rayonu, Ş.E.Kərimov küç.,34 ünvanında yerləşir.

Bununla da şirkətin respublika üzrə filiallarının ümumi sayı 7-yə çatıb.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkət müştərilərə 32 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,850 mln. manat, ödənişləri isə 0,534 mln. manat təşkil edib. Şirkətin nizamnamə kapitalı 4,643 mln. manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR