Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların kredit portfelində əsas hissə ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin məcmu portfeldə xüsusi çəkisi iyulun 1-nə 28,4%-ə bərabər olub. Eyni zamanda qeyd olunmalıdır ki, bu göstərici il ərzində 6,3 faiz bəndi azalıb. Ümumilikdə isə istehlak kreditlərinin həcmi son bir ildə 11,8% artaraq 2 507,8 mln. manata çatıb. Bankların ümumi kredit portfelində ikinci yeri ticarət və xidmət sahəsinə ayrılan kreditlər (22,8%) tutur:
Qeyd edək ki, sahələr arasında illik dinamikada ən kəskin artım energetika, kimya və təbii ehtiyatlar sektorunda müşahidə olunub. Belə ki, son bir ildə bu sahəyə verilən kreditlərin həcmi 4,3 dəfə artaraq 1,4 mlrd. manata, xüsusi çəkisi isə 3,2 dəfə artaraq 15,8%-ə çatıb.