Bank Of Baku

«Parabank» ilin sonunadək regionlardakı sahibkarlara daha 500 min manat güzəştli kredit ayırcaq

«Parabank» ilin sonunadək regionlardakı sahibkarlara daha 500 min manat güzəştli kredit ayırcaq
# 04 avqust 2010 14:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC yaxın aylar ərzində Yardımlı, Gədəbəy və Qusar rayonlarında ümumilikdə təxminən 500 min manat həcmində maliyyə vəsaitinin sahibkarlara verilməsini planlaşdırır. Bu barədə «APA-Economics»ə «Parabank»dan məlumat verilib.

Məlumata əsasən, vəsaitlərin İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həmin bölgələrdə keçiriləcək tədbirlər çərçivəsində ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 30-da Fond tərəfindən Masallı rayonunda sahibkarlar üçün keçirilən analoji tədbir çərçivəsində təqdim edilmiş ət və süd məhsullarının istehsalı, plastik qapı və pəncərə, mebel istehsalı sahəsində investisiya layihələrinin reallaşdırılması üçün «Parabank» 85 min manat məbləğində vəsait ayırıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın aktivləri 2010-cu ilin iyun ayının 1-nə 100,572 mln. manat, kredit portfeli 68,457 mln. manat, depozit portfeli 59,795 mln. manat, məcmu kapitalı 13,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR