Bank Of Baku

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə mövzusunda seminar keçirilib

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə mövzusunda seminar keçirilib
# 04 avqust 2010 19:54 (UTC +04:00)
Bakı-APA. Cari ilin avqust ayının 3-4 tarixlərində Bakı şəhərində Ambassador Otelində “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə – qabaqcıl dünya təcrübəsi və yanaşmaları Azərbaycanda” mövzusunda seminar keçirilib. Öu barədə APA-ya Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat veriblər. Tədbir QKDK-nın təşəbbüsü ilə həyata keçirilən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək layihəsi” çərçivəsində təşkil edilib və qiymətli kağızlar bazarının iştirakçılarının peşəkar səviyyəsinin artırılmasına dəstək vermək məqsədi ilə təşkil edilib. Seminarda Mərkəzi Bank nəzdində Maliyyə Monitorinqi Xidmətinin, qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının, Azərlotereya ASC-nin nümayəndələri və USAİD ekspertləri iştirak ediblər.

Yığıncaqda giriş sözü ilə çıxış edən QKDK-nın sədr müavini İlqar Muradov dünyada və Azərbaycanda bu istiqamətdə görülən işlərdən və beynəlxalq qabaqcıl təcrübədən məlumat verdi, həmçinin QKDK tərəfindən qiymətli kağızlar bazarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə yönələn işlər haqqında bəhs edib.

Yığıncaqda beynəlxalq ekspertlər tərəfindən qiymətli kağızlar sahəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına və dayandırılmasına yönələn qabaqcıl təcrübədən və bu sahəni tənzimləyən beynəlxalq təşkilatların tövsiyələri barədə də ətraflı məlumat verildi. Həmçinin məruzəçilər qiymətli kağızlar bazarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində QKDK-nın və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının rolu barədə də təqdimat ediblər.

Daha sonra çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsində ən çox istifadə olunan metodlar və onlara qarşı mübarizə üsullarının effektivliyi barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR