Bank Of Baku

Azərbaycanda pul bazası artır

Azərbaycanda pul bazası artır
# 05 avqust 2010 12:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin avqust ayının 1-nə 5 299,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin avqust ayının əvvəli ilə müqayisədə bu göstərici 1 170,3 mln. manat və ya 28,3% artıb.

Eyni zamanda, cari ilin iyul ayı ərzində pul bazasında 183 mln. manatlıq və ya 3,6%-lik artım baş verib. Xatırladaq ki, iyunda bu göstərici 103,8 mln. manat və ya 2,1%, mayda 56,5 mln. manat və ya 1,1%, apreldə 54,1 mln. manat və ya 1,1%, martda 243,9 mln. manat və ya 5,2%, fevralda 99 mln. manat və ya 2,2% artıb, yanvarda isə 301,9 mln. manat və ya 6,2% azalıb. Nəticədə, pul bazası ilin əvvəlindən 438,4 mln. manat və ya 9% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR