Bank Of Baku

İyulda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,5 dəfə artıb

İyulda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2,5 dəfə artıb
# 05 avqust 2010 13:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində 2010-cu ilin iyul ayında keçirilən 44 ticarət sessiyasında 29 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 89,161 mln. manat və ya dollar ekvivalentində 111,128 mln. dollar təşkil edib. Bu isə iyun ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 88,960 mln. manat və yaxud dollar ekvivalentində 110,817 mln. dollar təşkil edib. Həmçinin, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 8,042 mln. manat və ya dollar ekvivalentində 10 mln. dollar təşkil edib. Eyni zamanda EUR/AZN aləti üzrə dövriyyə 0,201 mln. manat təşkil edib.

Ümumi hesabda isə cari ilin yanvar-iyul ayları üzrə xarici valyutalar üzrə elektron ticarətin həcmi 338,161 mln. manat təşkil edib.

İyul ayı üzrə Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,044 mln. dollara çatıb, bir əqdin orta həcmi 3,068 mln. dollar təşkil edib.

İyul ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (34,72%), «Azərbaycan Sənaye Bankı» (23,23%), «Bank Respublika» (2,48%), «Bank Standard» (2,13%) və «AccessBank» (1,88%) malik olub.

Qeyd edək ki, iyulda manatın revalvasiyası nəticəsində dolların birja məzənnəsi 0,8026 AZN/1 USD-yə bərabər olub, halbuki, iyun ayında bu göstərici 0,8037 AZN/1 USD təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR