Bank Of Baku

Azərbaycanda iyulda deflyasiya qeydə alınıb

Azərbaycanda iyulda deflyasiya qeydə alınıb
# 05 avqust 2010 14:06 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

İyul ayında ərzaq məhsullarından buğda çörəyinin, toyuq əti və toyuq budunun, təzə balığın, balıq konservlərinin, bərk və əridilmiş pendirin, kərə yağının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpız və yemişin, pomidorun, xiyarın, badımcanın, lobyanın, soğanın, kartofun qiymətləri ucuzlaşıb.

Həmçinin, ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub. Məsələn, buğda ununun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, suda bişmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, xamanın, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun və qarğıdalı yağının, limonun, albalı və gilasın, kələmin, göyərtinin, sarımsağın, çuğundurun, kökün qiymətləri bahalaşıb.

Əhaliyə göstərilən pullu xidmətlərdən iyul ayında ölkədən kənara hava və dəmir yolu sərnişindaşıma nəqliyyatı və təhsil haqları üzrə tariflər bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR