Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı daha bir kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı daha bir kredit ittifaqının lisenziyasını ləğv edib
# 06 avqust 2010 07:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən bir kredit ittifaqına verilən lisenziyanı ləğv edib. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib.

Məlumatda qeyd olunur ki, AMB-nin «Kredit İttifaqına bank əməliyyatı aparmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nı üzürsüz səbəblərdən ardıcıl olaraq iki hesabat tarixinə təqdim etmədiyinə və illik audit keçirmədiyinə görə, «Cavanşir» Kredit İttifaqı MMC-yə məhdud bank əməliyyatlarının aparılması üçün 2002-ci ildə verilmiş lisenziya ləğv olunub.

AMB lisenziyası ləğv edilmiş kredit ittifaqına ləğvetmə komissiyasının yaradılması və müvafiq ləğvetmə işlərinin aparmasını tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR