Bank Of Baku

Azərbaycan əhalisi nağd avro üzrə əməliyyatları artırıb

Azərbaycan əhalisi nağd avro üzrə əməliyyatları artırıb
# 06 avqust 2010 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-iyun ayları ərzində satılmış nağd avro kütləsinin həcmi 40 523 400 avro, alışın həcmi isə 476 795 100 avro təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 35,4%, alışın həcmi isə 50,5% artıb.

Qeyd edək ki, ötən ilin ilk yarısında nağd avronun əhali tərəfindən alışının orta aylıq həcmi 52,786 mln. avro olduğu halda, cari ildə orta aylıq həcm 79,466 mln. avroya bərabərdir. Avronun satışı üzrə həmin göstəricilər müvafiq olaraq 4,989 mln. avro və 6,754 mln. avro təşkil edib.

Nağd avro ilə əməliyyatların kəskin artırmasının əsas səbəbi kimi bu valyutanın cari ildə böyük dəyişkənliklərə məruz qalmasını qeyd etmək lazımdır. Nəticədə, nağd avro bazarında canlanma baş verib, hətta bu valyutanın Azərbaycan bazarında likvidliyi artıb, çünki həm banklar, həm də əhali məzənnə fərqinə daha böyük diqqət yetirərək, avronun alış-satışı üzrə əməliyyatları artırıb. Xatırladaq ki, ötən ilin yanvar-iyun ayları ərzində nağd avronun orta məzənnəsi 1,0594 manatdan 1,1271 manatadək, yəni 6,4% dəyişibsə, cari ildə məzənnə 1,1448 manatdan 0,9821 manatadək, yəni 14,2% dəyişib. Buna görə, valyuta bazarında nağd avroya maraq kəskin artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR