Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 33% artıb

Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 33% artıb
# 06 avqust 2010 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 12 180,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlərin həcmi 2 989 mln. manat və ya 32,5% artıb:




Cari ilin əvvəlindən bank aktivlərin həcmi 515,7 mln. manat və ya 4,4%, iyun ayında isə 139 mln. manat və ya 1,2% artıb.

Göründüyü kimi, aktivlərin artım tempi cari ildə kəskin şəkildə azalıb. Belə ki, yarımillik artımın həcmi illik artımın yalnız 17,3%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR