Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 28% artıb

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 28% artıb
# 06 avqust 2010 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2010-cu ilin iyul ayının 1-nə 4 711,4 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 015,1 mln. manat və ya 27,5% çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 57,2 mln. manat və ya 1,2% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 2 562,8 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 148,6 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 54,4%-ə bərabərdir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin depozitləri üzrə artım templərində də əmanətlərin üstünlüyü müşahidə olunur. Belə ki, qeyri-maliyyə təşkilatlarının depozitləri üzrə illik artım tempi 20% təşkil etdiyi halda, ev təsərrüfatları üzrə həmin göstərici 32,4%-ə bərabərdir. Ümumiyyətlə, bank depozitlərinin illik artımın tərkibində 627,2 mln. manat və ya 62% məhz fiziki şəxslərin əmanətlərinin payına düşür.

Hüquqi şəxslərin depozitlərində nisbətən kiçik artım tendensiyasının müşahidə olunması ilk növbədə banklar tərəfindən artıq bir ildən çoxdur kreditləşmədə məhdudlaşma və şərtlərin sərtləşdirilməsi ilə bağlıdır ki, bunun nəticəsində hüquqi şəxslər daha çox banklardakı öz vəsaitlərindən istifadə etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR