Valyuta ehtiyatlarının aprel-may aylarında azalması ilk növbədə dünya bazarlarında dolların və avronun məzənnəsinin dinamikası ilə bağlı olub. Belə ki, avro dollara qarşı ucuzlaşması fonunda valyuta ehtiyatlarının avrodan ibarət tərkib hissəsinin dəyəri dollar ekvivalentində azalıb. İyun-iyul aylarında isə bu tendensiya dəyişib və nəticədə, dollar ekvivalentində xarici valyuta ehtiyatlarının həcmi artıb.