Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri iyunda azalıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri iyunda azalıb
# 06 avqust 2010 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin iyul ayının 1-nə 4 482,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 307,7 mln. manat və ya 7,4% çoxdur. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən xarici aktivlərin həcmi 225,7 mln. manat və ya 5,3% artıb. Eyni zamanda, iyun ayında bu göstərici 153,8 mln. manat və ya 3,3% azalıb.

Xalis xarici aktivlərin strukturuna aid olan məcmu beynəlxalq aktivlərin həcmi son bir ildə 292,1 mln. manat və ya 6,9%, ilin əvvəlindən 217,9 mln. manat və ya 5,1% artaraq, iyun ayında isə 122,2 mln. manat və ya 2,6% azalaraq iyulun 1-nə 4 525,5 mln. manat təşkil edib.

Eyni zamanda, AMB-nin öhdəliklərinin həcmi son bir ildə 14,4 mln. manat və ya 25,4%, ilin əvvəlindən 7,9 mln. manat və ya 15,7%, iyun ayında isə 1,5 mln. manat və ya 3,4% azalaraq iyulun 1-nə 42,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR