Bank Of Baku

Azərbaycan bank sektorunda kapitallaşmanın artması davam edir

Azərbaycan bank sektorunda kapitallaşmanın artması davam edir
# 06 avqust 2010 14:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2010-cu ilin iyul ayının 1-nə 1 799,3 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 147,9 mln. manat və ya 9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bankların məcmu kapitalının həcmi 40,4 mln. manat və ya 2,3%, iyunda isə 8,8 mln. manat və ya 0,5% artıb.

Beləliklə, cari ildə banklar tərəfindən məcmu kapitalın artırılması templəri ötən illə müqayisədə azalıb. Göründüyü kimi, builki artım son bir ildə müşahidə olunan artımın 27,3%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR