Bank Of Baku

Azərbaycanda bank aktivləri 32% artıb

Azərbaycanda bank aktivləri 32% artıb
# 09 avqust 2010 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin həcmi 2010-cu ilin iyulun 1-nə 12 180,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 2 989 mln. manat və ya 32,5% çoxdur:




O cümlədən, cari ilin əvvəlindən bank aktivlərinin həcmi 515,7 mln. manat və ya 4,4%, iyun ayında isə 139 mln. manat və ya 1,2% artıb. Göründüyü kimi, aktivlərin artım tempi cari ildə kəskin azalıb. Belə ki, yarım illik artımın həcmi illik artımın yalnız 17,3%-ni təşkil edir.

Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi iyulun 1-nə
8 348,40 mln. manat (xüsusi çəkisi 68,54%), müxbir hesablar 948,05 mln. manat (7,78%), investisiyaların həcmi 891,73 mln. manat (7,32%), nağd vəsaitlər 420,70 mln. manat (3,45%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 524,02 mln. manat (4,30%), digər aktivlər isə 1 047,99 mln. manat (8,60%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 83,1%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 10 122,55 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 611,97 mln. manat həcmində depozitlər, 4 898,95 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 611,63 mln. manat həcmində isə digər öhdəliklər var. Bankların məcmu kapitalı 2010-cu ilin iyulun 1-nə 2 058,35 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR