Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu il iyulun 1-nə 1 453,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 364,6 mln. manat və ya 33,5% çoxdur. Bu göstərici yanvar-iyunda 179,7 mln. manat və ya 14,1%, o cümlədən iyun ayında 66,9 mln. manat və ya 4,8% artıb.
Nəticədə, Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivlərini 716,7 mln. manat və 49,3% üstələyir. Müqayisə üçün 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% təşkil edib.