Bank Of Baku

Azərbaycanda 4,2 milyon ədədə yaxın plastik kart var

Azərbaycanda 4,2 milyon ədədə yaxın plastik kart var
# 09 avqust 2010 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. 2010-cu ilin iyulun 1-nə olan məlumata əsasən Azərbaycanda buraxılmış plastik kartların sayı 4 milyon 148 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 424 min və ya 11,4%, cari ilin əvvəlindən isə 174 min və ya 4,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların tərkibində əsas yer debet kartlar tutur.

Belə ki, 2010-cu ilin yanvar-iyun ayları ərzində debet kartlarla 21 086 min əməliyyat aparılıb, əməliyyatların həcmi 2,515 milyard manata bərabər olub. Ötən ilin yanvar-iyunla müqayisədə əməliyyatların sayı 1,6% azalıb, əməliyyatların həcmi isə 6,1% artıb ki, bu da əməliyyatlarda həcm üzrə irəliləyişin göstəricisidir. Debet kartlar üzrə bir əməliyyatın orta həcmi 119,3 manata bərabərdir. Eyni zamanda Azərbaycanda yanvar-iyun ərzində debet kartlarla orta hesabla gündə 13,9 milyon manat həcmində 116 497 əməliyyat aparılıb.

Həmin müddət ərzində kredit kartları ilə 1 055 min əməliyyat aparılıb, əməliyyatların həcmi 271 milyon manat təşkil edib. Bu göstəricilər ötən ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 15,9% və 12,9% artıb. Kredit kartları üzrə bir əməliyyatın orta həcmi 257 manata bərabərdir. Eyni zamanda Azərbaycanda yanvar-iyun ayları ərzində kredit kartları ilə orta hesabla gündə 1,5 milyon manat həcmində 5 829 əməliyyat aparılıb.

Beləliklə, plastik kartlarla əməliyyatları təhlil edərək belə nəticəyə gəlmək olar ki, debet kartlarla sayca daha çox, kredit kartlarıyla isə həcm üzrə daha iri əməliyyatlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR