Bank Of Baku

Mərkəzi Bankda bank nəzarətinin menecmenti üzrə informasiya sisteminin tətbiqi layihəsinin son iki mərhələsinə start verilib

Mərkəzi Bankda bank nəzarətinin menecmenti üzrə informasiya sisteminin tətbiqi layihəsinin son iki mərhələsinə start verilib
# 09 avqust 2010 10:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mərkəzi Bankında Bank Nəzarətinin Menecment İnformasiya Sisteminin (BNMİS) tətbiqi layihəsinin üçüncü və dördüncü mərhələlərinə start verilib. İKT Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Sinam” şirkəti tərəfindən həyata keçirilən layihə beş mərhələdən ibarətdir. Bu günə kimi “Sinam” şirkəti layihənin iki mərhələsini uğurla tamamlayıb və hazırda paralel olaraq üçüncü və dördüncü mərhələlər üzərində iş aparılır. Üçüncü və dördüncü mərhələlər üzərində işlərin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Birinci mərhələ müxtəlif qrafik formaların qurulma imkanlarını daxil etməklə, hesabatların hazırlanması sisteminin tətbiqini, həmçinin bankda əvvəllər istifadə olunmuş “FinA” sistemi ilə inteqrasiyasını əhatə edib.
İkinci mərhələ elektron poçtun arxivləşdirilməsi və onun idarə olunması sistemini daxil edib. Bu, e-mail serverin disk boşluğunu daha səmərəli şəkildə istifadə etməyə, həmçinin arxiv məlumatlarını idarə etməyə imkan verir.
Üçüncü mərhələ bank təşkilatlarının, həmçinin qeyri-bank kredit təşkilatlarının idarə olunduğu proqramın mahiyyətini üzə çıxarır. Burada bank daxilində sənədlərin mübadiləsi sistemindən keçən sənədlərin avtomatik yenilənməsi, həmçinin idarə üçün lazım olan bütün məlumatların daxil olunması və təhlili həyata keçirilir.
Dördüncü mərhələ Mərkəzi Bankda tətbiq olunmaqda olan layihələrin idarə olunması sistemini əhatə edir. Sözügedən sistem sənədlərin mübadiləsi sistemi ilə bağlıdır.
Beşinci mərhələ daxil olan sənədlərin skanerdən keçirilməsi və tanınması, müvafiq biznes-proseslərə və həyat siklinə qoşulması imkanlarının mövcud olduğu sənədlərin mübadiləsini daxil edir. Daxil olan sənədlərin tanınması sənəd üzrə kontekst axtarışını həyata keçirməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR