Bank Of Baku

Azərbaycan Sənaye Bankı tələbələrə kreditlər verəcək

Azərbaycan Sənaye Bankı tələbələrə kreditlər verəcək
# 09 avqust 2010 13:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC Qafqaz Universiteti ilə çoxsahəli əməkdaşlığa başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın «Fərqli qruplara xüsusi kampaniyalar» strategiyası çərçivəsində tələbələrə təhsil haqlarını rahat ödəmələri üçün güzəştli kredit götürmə imkanı yaradılıb, işçi heyəti üçün isə zaminsiz və rəqabət qabiliyyətli faiz dərəcələri ilə kredit şərtləri təqdim olunur. Həmçinin, tələbələrin təhsil haqqı ödənişlərinin «ASB»-nin filial şəbəkəsində qəbulu üçün protokol imzalanıb.

Xatırladaq ki, ASB 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106,318 mln. manat, depozit portfeli 73,002 mln. manat, kredit portfeli 72,634 mln. manat, məcmu kapitalı 24,887 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 min. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR