Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-iyul aylarında dövlət büdcəsinə köçürmələri 21% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-iyul aylarında dövlət büdcəsinə köçürmələri 21% artırıb
# 09 avqust 2010 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin iyul ayında dövlət büdcəsinə 88 927 min manat vəsait ödəyib ki, bu da iyun ayı ilə müqayisədə 0,2% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ümumilikdə, cari ilin yanvar-iyul aylarında büdcəyə 602 899 min manat ödənib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 106 463 min manat və ya 21,4% çox olub.

Bundan başqa, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 856 min manat və ya iyun ayı ilə müqayisədə 1,9% çox vəsait köçürüb. Cari ilin yanvar-iyul aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 73 113 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 718 min manat (+19,1%) çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR