Bank Of Baku

Bakıda «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninq keçirilir

Bakıda «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninq keçirilir
# 09 avqust 2010 14:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək Proqramı» çərçivəsində «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninq başlayıb.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev institutun elmi potensialının gücləndirilməsi və bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi barədə məlumat verib.

USAID-in Dövlət Xərcləmələri Komponentinin layihə rəhbəri Dipak Kapur elmi tədqiqatlar aparan qurum kimi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyünü və sosial-iqtisadi inkişafla bağlı təhlil və proqnozlaşdırmanın aparılmasında institutun əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini qeyd edib, treninqin bu sahədə faydalı olacağına əminliyini vurğulayıb.

USAID-in Dövlət Xərcləmələri Komponentinin təlim əlaqələndiricisi Səbirə Şıxəliyeva çıxışında USAID-in həyata keçirdiyi proqramlar, eləcə də «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək Proqramı» çərçivəsində həyata keçirilən layihələr və seminarlar barədə məlumat verib.

ABŞ-ın Hyuston və Mərilənd universitetlərinin professoru Miç Moxtari isə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb, makroiqtisadi tarazlıq modellərinin qurulması sahəsində kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib. Tədbirdə bildirilib ki, treninqin keçirilməsində əsas məqsəd makroiqtisadi təhlil və proqnozlaşdırma, eləcə də bu istiqamətdə metodoloji bazanın təkmilləşdirilməsi sahəsində biliklərin artırılmasıdır.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 20-ə yaxın əməkdaşının iştirak etdiyi treninq avqustun 20-dək davam edəcək və makroiqtisadi siyasət, makroiqtisadi tarazlıq modelləri, fiskal və monetar siyasətin xüsusiyyətləri, tədiyyə balansı, valyuta məzənnəsi, iqtisadi artım və s. mövzuları əhatə edəcək. Treninqin sonunda iştirakçılara sertifikatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR