Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə son bir ildə 0,8 faiz bəndi artaraq 4,6%-ə çatıb:
* Dövrün sonuna
Göründüyü kimi, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə göstərici 5-illik maksimuma çatıb və dinamika onun 2007-2008-ci illərdə ən aşağı səviyyədə olduğunu və sonradan tədricən artdığını göstərir. Bunun da əsas səbəbi kredit götürənlərin maliyyə durumunun müəyyən dərəcədə pisləşməsi ilə bağlıdır. Eyni zamanda, bu tendensiyaya baxmayaraq, vurğulamaq lazımdır ki, hələ də vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə göstəriciyə görə Azərbaycandakı vəziyyət əksər ölkələrlə müqayisədə daha yaxşıdır, çünki bir çox ölkələrdə, o cümlədən inkişafda olan iri dövlətlərdə bu göstərici 10-15%-ə civarında dəyişir.