Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər iyulda artıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər iyulda artıb
# 10 avqust 2010 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin iyul ayında 6,782 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyun ayı ilə müqayisədə bu göstərici 893 mln. manat və ya 15,2% artıb.

Qeyd edək ki, ödənişlərin sayında da artım müşahidə olunub. Belə ki, 2010-cu ilin iyununda 31 min ödəniş aparılmışdırsa, iyul ayında bu göstərici 33 minə çatıb. Ümumilikdə, ödənişlər üzrə müsbət dinamika müşahidə olunur. Belə ki, iyun ayı ərzində ödənişlərin ortalama həcmi 190 min manata bərabər olduğu halda, iyulda bu göstərici 8,2% artaraq 205,5 min manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR