Bank Of Baku

«DəmirBank» Çinə pul köçürmələri üzrə xüsusi proqramın icrasına başlayıb

«DəmirBank» Çinə pul köçürmələri üzrə xüsusi proqramın icrasına başlayıb
# 10 avqust 2010 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Azərbaycan və Çin arasında pulköçürmə xidmətlərinə olan tələbatı nəzərə alaraq Azərbaycan Tələbələr Birliyi ilə birgə xüsusi proqrama başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, proqram çərçivəsində Çinin Azərbaycanda olan vətəndaşlarına ölkələr arasında təcili pul köçürmələrinin «DəmirBank» vasitəsi ilə həyata keçirilməsinin üstünlükləri barədə məlumatlandırma işi aparılacaq.

Belə ki, «DəmirBank», Azərbaycan Tələbələr Birliyi və IAESTE beynəlxalq təşkilatı arasında tələbə mübadiləsi üzrə əməkdaşlıq nəticəsində Çinin Siçuan Beynəlxalq Universitetində təhsil alan tələbə «DəmirBank»da 2 aylıq proqramda iştirak edəcək. Proqram çərçivəsində Azərbaycanla Çin arasında pul köçürmələri ilə bağlı bir sıra məlumatlandırıcı tədbirlər nəzərdə tutulub. Bununla yanaşı 2 aylıq müddət ərzində tələbəyə bankın müxtəlif departamentləri və filiallarının işi ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Bunun nəticəsində tələbə öz ixtisasına uyğun praktiki məlumatlar əldə edəcək.

«DəmirBank» Çinlə təcili pul köçürmələrini «Zolotaya Korona» və «Western Union» sistemləri ilə həyata keçirir. «Zolotaya Korona» sistemi ilə köçürmə məbləğindən asılı olmayaraq çox sərfəli tariflə Çinin 200 şəhərinə pul köçürmək imkanı mövcuddur. Geniş coğrafi əhatəyə malik «Western Union» sistemi ilə isə Çinin bir çox şəhərlərinə təcili pul köçürmələrini rahat həyata keçirmək olar.

«Hazırda Azərbaycanda minlərlə Çin vətəndaşı yaşayır ki, bu proqram sayəsində onların bir hissəsi «DəmirBank»ın pulköçürmə xidmətləri barədə geniş məlumatlar alacaq. «DəmirBank», Azərbaycan Tələbələr Birliyi və IAESTE beynəlxalq təşkilatının birgə layihəsi iki ölkə arasında mədəni və sosial sahədə əməkdaşlığın genişlənməsinə kömək edəcək», - deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR