Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb
# 10 avqust 2010 12:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bankomatların ümumi sayı 2010-cu ilin iyul ayının 1-nə 1 777 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 189 ədəd və ya 12% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyulun 1-nə bankomatların 995-i Bakı şəhərində, 782-si isə digər şəhər və rayonlarda yerləşir.

Eyni zamanda, ölkə üzrə POS-terminalların sayı 8 815 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 283 ədəd və ya 3,3% çoxdur. POS-terminalların 8 028-i Bakı şəhərində, 787-si isə digər regionlarda yerləşir.

Qeyd edək ki, Azərbaycanda buraxılmış plastik kartların sayı 2010-cu ilin iyulun 1-nə 4 148 min təşkil edib. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 499 ədəd olub və onlardan 95%-i debet kartlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR