Bank Of Baku

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırıb

«Bank of Azerbaijan» nizamnamə kapitalını artırıb
# 10 avqust 2010 13:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC 2010-ci ilin əvvəlindən nizamnamə kapitalını 15 mln. manatdan 56,7% və 8,5 mln. manat - 23,5 mln. manatadək artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayının sonunadək bank nizamnamə kapitalını daha 6,4% artıraraq 25 mln. manata çatdırmağı planlaşdırır.

Beləliklə, səhmlərin bütün elan olunan miqdarının yerləşdirilməsindən sonra «Bank of Azerbaijan» ASC nizamnamə kapitalının məbləğinə görə ölkədəki bankların ilk onluğunda yer tutacaq.

Həmçinin bankdan bildirilib ki, inkişaf planına uyğun olaraq, 2010-cu ilin sonunadək Sumqayıt, Gəncə şəhərləri və Yevlax rayonunda yeni filialların açılması planlaşdırılır.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 166,119 mln. manat, depozit portfeli 74,425 mln. manat, o cümlədən əhalinin əmanətləri 63,801 mln. manat, kredit portfeli 155,092 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 17,959 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR