Bank Of Baku

«Parabank» işçilərin peşəkarlıq səviyyəsini artırır

«Parabank» işçilərin peşəkarlıq səviyyəsini artırır
# 10 avqust 2010 14:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə bankın bütün kredit məsləhətçiləri və əməliyyatçıları üçün treninqlər keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə bankın baş ofisi və 18 filialından bank xidmətlərinin əməkdaşları iştirak edirlər.

Treninqlərin əsas mövzuları ümumi bank xidmətləri, müştərilərlə davranışın təkmilləşdirilməsi, eləcə də xidmətin keyfiyyəti və sürətinin artırılmasıdır. Keçirilən treninqlər nəticəsində əməkdaşlar öz bank biliklərini genişləndirir və yüksək xidmət biliklərinə sahib olacaqlar.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın aktivləri 2010-cu ilin iyun ayının 1-nə 100,572 mln. manat, kredit portfeli 68,457 mln. manat, depozit portfeli 59,795 mln. manat, məcmu kapitalı 13,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR