Bank Of Baku

Azərbaycan bank sistemində qeyri-standart aktivlər 47% artıb

Azərbaycan bank sistemində qeyri-standart aktivlər 47% artıb
# 11 avqust 2010 07:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 204,09 mln. manat və ya 47,4% artıb. Eyni zamanda, qeyri-standart aktivlərin xüsusi çəkisi də il ərzində artıb. Belə ki, ötən ilin iyulun əvvəlinə bu göstərici 5,2% təşkil etdiyi halda, 2010-cu ilin iyulun 1-nə 5,7%-ə bərabər olub.

Qeyri-standart aktivlərin tərkibinə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər daxildir. Cari ilin iyulun 1-nə qeyri-qənaətbəxş aktivlərin həcmi 270,34 mln. manat (illik artım – 66,8%), təhlükəli aktivlərin həcmi 206,03 mln. manat (illik artım – 26,6%), ümidsiz aktivlərin həcmi isə 158,17 mln. manat (illik artım – 49,8%) təşkil edib. Beləliklə, qeyri-standart aktivlərin strukturunda qeyri-qənaətbəxş aktivlərin xüsusi çəkisi 42,6%-ə, təhlükəli aktivlərin - 32,5%-ə, ümidsiz aktivlərin xüsusi çəkisi isə 24,9%-ə bərabərdir.

Qeyd edək ki, qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin 2008-ci ilin IV rübündən başlayaraq tədricən artması müşahidə olunur və bunun obyektiv səbəbləri mövcuddur. Belə ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində likvidlik problemi yaranıb, banklar kreditləşməyə daha ehtiyatla yanaşmağa başlayıb, istehlak kreditləşməsi qismən və ya tam dayandırılıb, iqtisadi böhran nəticəsində isə ölkə iqtisadiyyatında ticarətin konyunkturunun mənfiyə doğru dəyişməsi baş verib.

Nəticə etibarı ilə, əhalinin alıcılıq qabiliyyəti müəyyən dərəcədə aşağı düşüb və bu, bir sıra borcalanların ödəmə qabiliyyətinin zəifləməsində əksini tapıb. Bundan başqa, kreditlər istisna olmaqla, digər aktivlərdə də pisləşmə prosesi baş verib ki, bu da daşınmaz əmlak bazarında qiymətlərin düşməsi, xarici valyutaların məzənnəsinin qeyri-müəyyənliyi və digər amillərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR