Bank Of Baku

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti Rusiyada olub

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti Rusiyada olub
# 11 avqust 2010 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndə heyəti Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin dəvətilə bu ölkəyə işgüzar səfər edib. «APA-Economics»in MMX-dən aldığı məlumata görə, səfər çərçivəsində iki qurum arasında qarşılıqlı əməkdaşlıq və fəaliyyət istiqamətlərinə dair müzakirələr keçirilib və mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və bununla bağlı tərəflər arasında bağlanacaq Anlaşma Memorandumunun layihəsi müzakirə edilib. Səfər çərçivəsində həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində iş təcrübəsi, məlumatların alınması, emalı və təhlili üzrə avtomatlaşdırılmış sistemin texniki infrastrukturu və təhlükəsizliyi meyarları, habelə bu səpkidə istifadə edilən proqram təminatları ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR