Bank Of Baku

«Bank Standard» avtomobil kreditlərinin şərtlərini yumşaldıb

«Bank Standard» avtomobil kreditlərinin şərtlərini yumşaldıb
# 11 avqust 2010 11:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC avtomobil kreditləşmə şərtlərini optimallaşdırmaqla onları daha əlverişli etmək məqsədilə yeni şərtlər qəbul edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni şərtlərə əsasən, kreditin maksimal məbləği 40 min manat ola bilər, minimal ilkin ödəniş məbləği avtomobilin dəyərinin 25%-dək azaldılıb.

«Bank Standard»ın avtokreditləri üzrə faiz dərəcələri ilkin ödənişin həcmindən asılı olaraq 16%-dən başlayır. Bazar üzrə isə yeni avtomobillərə verilən kreditlərin orta faiz göstəricisi 19,5% təşkil edir. Bundan əlavə, avtomobilin sığorta məbləği kreditə əlavə olunur və faktiki olaraq müştəri yalnız ilkin ödəniş və kredit üzrə komisyon haqqı ödəməli olur. Avtokreditləşmə proqramı ölkədə rəsmi təmsil olunan əksər avtomobil marka və modellərini əhatə edir. Proqram çərçivəsində yeni avtomobillərlə yanaşı istifadədə olmuş avtomobilləri də əldə etmək olar.

«Bank Standard»dan kredit almaq üçün paytaxtda rəsmi qeydiyyatda olmaq məcburi şərt deyil. Kreditlər həmçinin «Bank Standard»ın Gəncə, Lənkəran və Quba filiallarında verilir.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və 1995-ci ildən fəaliyyət göstərən «Bank Standard»ın aktivləri 2010-cu ilin iyul ayının 1-nə 571,948 mln. manat, kredit portfeli 374,121 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 44,044 mln. manat, depozit portfeli 234,182 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 73,569 mln. manat, o cümlədən nizamnamə kapitalı 75 mln. manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR