Bank Of Baku

«Moody’s» agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqi üzrə proqnozu artırıb

«Moody’s» agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqi üzrə proqnozu artırıb
# 11 avqust 2010 11:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqi üzrə proqnozunu «neqativ»dən «sabit»ə dəyişib.

«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi ABB-nin milli valyutada uzunmüddətli reytinqini «Baa3», xarici valyutada subordinasiya olunmuş uzunmüddətli borc öhdəliyinin reytinqini isə «Ba1» səviyyəsində müəyyənləşdirib.

Proqnozun yaxşılaşdırılmasının əsas səbəbi və amili kimi Beynəlxalqın Bankın və onun iri müştərilərinin dövlət tərəfindən dəstəklənməsi nəticəsində problemlərin yaranma riskləri, likvidliyin azalması, kapitalın dağıdılması ehtimallarının kəskin azalması qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR