Bank Of Baku

Azərbaycan əhalisi nağd funtun satışını azaldıb

Azərbaycan əhalisi nağd funtun satışını azaldıb
# 11 avqust 2010 12:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalisi tərəfindən satılmış nağd İngiltərə funt sterlinq kütləsinin həcmi 2010-cu ilin yanvar-iyun aylarında 845 400 funt, alışın həcmi isə 8 475 300 funt təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 11,7% azalıb, alışın həcmi isə 1% artıb.

Beləliklə, yanvar-iyun aylarının yekunlarına görə, əhalinin nağd funtun alış əməliyyatları satışın həcmini 10 dəfə üstələyib.

Qeyd edək ki, funtun satışının azalması Böyük Britaniyadan gətirilmiş valyutanın manata çevrilməsi üzrə əməliyyatların azaldığını göstərir. İngiltərə funtu ilə Azərbaycan daxilində hesablaşma və digər əməliyyatlar demək olar ki, aparılmır və nağd funtla konvertasiya əməliyyatları yalnız səfərlərlə bağlı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR