Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər iyulda 20% artıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər iyulda 20% artıb
# 11 avqust 2010 14:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi 2010-cu ilin iyul ayında 630 mln. manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyun ayı ilə müqayisədə bu göstərici 103 mln. manat və ya 19,6% artıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayı isə iyulda 2,7% artaraq 913 minə çatıb ki, bu da ödənişlərin miqdarının kəskin artdığını əks etdirir.

Belə ki, iyul ayında xırda ödənişlərin ortalama həcmi 690 manat təşkil edib, bu da analoji iyun göstəricisindən (592,8 manat) 16,4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR