Bank Of Baku

Azərbaycan prezidenti «Samur» gömrük buraxılış məntəqəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti «Samur» gömrük buraxılış məntəqəsinin açılışında iştirak edib
# 12 avqust 2010 15:03 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, dövlət başçısı açıılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə tanış olub.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev prezidentə məntəqədə görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır. Bunun 11,5 min kv. metrində binalar və qurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq mövcuddur.

Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatının monitorunda bütün yüklər görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.

Dövlət başçısına bildirilib ki, məntəqədə ixrac və idxal gömrük nəzarəti xətləri var. Gömrük buraxılış məntəqəsində «bir pəncərə» sistemi tətbiq edilib. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisi abadlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR