Bank Of Baku

«Bank Standard» yeni xüsusi kredit kartını təqdim edib

«Bank Standard» yeni xüsusi kredit kartını təqdim edib
# 13 avqust 2010 10:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC plastik kartlar bazarına xüsusi kredit kartları seriyasından olan növbəti məhsullunu çıxarıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Səyahətçi» adını daşıyan kredit xətli bu kart son bir il ərzində Şengen, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və ya Yaponiya vizası alanlar üçün nəzərdə tutulub.

Bu kredit kartını əldə etmək üçün «Bank Standard»ın istənilən filialına müraciət edib, şəxsiyyət vəsiqəsini və içində adları çəkilən ölkələrə bir və ya bir neçə vizası olan xarici pasportu təqdim etmək kifayətdir. Kart 5 iş günü ərzində alına bilər. Bu müddətə müştərinin kredit tarixinin araşdırılması, kredit xəttinin açılması və kartın hazırlanması da daxildir. Müştərinin xarici pasportundakı tələb olunan vizaların sayından asılı olaraq ona ayrılan kredit xəttinin həcmi 3 000 AZN/USD/EUR-ya qədər ola bilər. Kartın «Visa» və ya «MasterCard» sistemindən olacağını müştərinin özü müəyyənləşdirir.

«Bank Standard»ın plastik kart sahiblərinə təklif olunan bir sıra xüsusi xidmət və məhsullarla yanaşı, yeni kartların sahibləri xüsusi «Təcili pul yardımı» xidmətindən də istifadə edə bilərlər. Belə ki, əgər kart sahibi xaricdə olarkən öz kartını itirib, ya da onu özü ilə götürməyi unudubsa, həmin şəxs bankın 158 nömrəli məlumat mərkəzinə zəng etməklə «Bank Standard»dan özünün kredit xətti üzrə qalığı məbləğində təcili pul köçürməsi ala bilər. Köçürmə «Western Union» sistemilə dərhal dünyanın istənilən nöqtəsinə göndərilə bilər.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və 1995-ci ildən fəaliyyət göstərən «Bank Standard»ın aktivləri 2010-cu ilin iyul ayının 1-nə 571,948 mln. manat, kredit portfeli 374,121 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 44,044 mln. manat, depozit portfeli 234,182 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 73,569 mln. manat, o cümlədən nizamnamə kapitalı 75 mln. manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR